ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Çeslav Bassar
1948-ci ildə Osvencnmin (Ayşvis) yaxınlığındakı Breşsdə, Polşada məsihçi ailəsində anadan olub.
1965-ci ildə Rəbbə tərəf gəlib. Həmin ildən Polşada uşaqlara xidmət etməklə, məşğul olmağa başlayıb. 1969-cu ilə kimi Osvensim rayonunda oxuyub və işləyib.
1969-cu ildən 1974-cü ilə kimi Varşavada, Polşada məsihçi ilahiyyat akademiyasında ilahiyyat oxuyub.
1972-ci ildə Helenlə evlənib. İki uşağı var. Boqdana (1975-ci ildə anadan olub) və Dorotu (1979-cu ildə anadan olub), onların hər ikisi evlidir və öz həyat yoldaşları (Aqneşka və Konrad) ilə birlikdə BUM-da xidmət etməklə məşğul olurlar.
1975-ci ildə Polşada ilahiyyat magistr dərəcəsi alıb.
1976-cı ildə Kilxsimmerdə, Şvesariyada BUM-un Lider Hazırlıq İnstitutunu bitirib.
1969-cu ildən 1990-cı ilə kimi Polşada və qonşu ölkələrdə uşaq və gənclər yevangelizasiyasını təşkil edib, müəllimlərə və valideynlərə dərs verib.
1982-ci ildən 1990-cı ilə kimi məbədin təməlini qoyub, Polşada və Hindistan daxil olmaqla, başqa ölkələrdə bibliya məktəblərində və yevangelist məbədlərdə dərs deyib.
1991-ci ildən 2006/2007-ci illərə kimi Hellenlə birlikdə Mərkəzi və Şərqi Avropada BUM-un direktoru vəzifəsində xidmət edib. Onlar Rusiyada və Orta Asiyada BUM-un xidmətinə xüsusi diqqət yetirirdilər, həmçinin 30 ölkədə beynəlxalq liderlərə rəhbərlik edirdilər.Həm də BUM-un Avropa Şurasının üzvüdülər.
2000-ci ildən 2006-cı ilədək Xeverleedə (Belgiyada Leyven) Yevangelist İlahiyyat Fakultəsinin ilahiyyat proqramının doktorluğu üzrə məşğul olub.
2006-cı ildə ilahiyyat sistemi üzrə fəlsəfi doktorluq dərəcəsi alıb: “Postmodernist germenevtika və ona Yevangelist cavab”.
2008-ci ildə Bibliya Tədrisində “Allahın Sözünü Elan Etmək” BUM-un Beynəlxalq Xidmətini yaradıb.
Doktor Çeslav Bassar ingilis, alman, rus, polyak dillərində və esperanto danışır.
Öz Bibliya Tədrisi xidmətinin sayəsində Çeslav 60-dan çox ölkədə bütün beş kontinentlər, Argentina və Ermənistan daxil olmaqla, Azərbaycan, Braziliya, Bosniya və Gerseqovina, Böyük Britaniya, Venqriya, Gürcüstan, Almaniya, Hollandiya, Hindistan, İtaliya, Keniya, Qırğızıstan, Litva, Moldova, Yeni Zelandiya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Uqanda, Ukrayına, Farer adası, Filippin, Çexiya, Estoniya.
“Nəhayət, qardaşlar bizim üçün dua edin ki, Rəbbin kəlamı, aranızda olduğu kimi, tez yayılıb izzət qazansın ” (2Saloniklilərə 3:1).