ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Ümidsiz olanda bizə Allahdan qüvvət almaq lazımdır
İbranilərə 10:23-35 – Bütün Allah adamlarına qüvvətlənmək(ruhlanmaq) lazımdır!
1. İshaqın ruhlanmağa ehtiyacı var idi: “Acliq olan ölkədə Mən sənə xeyir-dua verəcəyəm!
Rəbb ona görünüb dedi: Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal, torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm”.(Yaradılış 26:2-3).
Yaradılış 26:12-13.
İshaq yemək çatışmamazlığı ilə rastlaşdıqda, Allah ona Misirə getməyib, aclığın aclığı olan ölkədə qalmağı söylədi. O İshaqa bu ölkədə xeyir-dua verəcəyini vəd edir. Allah İshaqı bu ölkədə firəvan yaşamağa göndərir.İshaq bu torpaqda toxum əkdi və yüz qat məhsul aldı. İshaq çox böyük adam olana qədər get-gedə yüksəldi.
Eləcə də, biz həyatımızda mübarizə ilə, çatlşmamazlıqla və əzabla rastlaşdığımız yerdə, Allah bizə xeyir-dua verə bilər.Haradakı biz ağrılarla və hədələrlə rastlaşdıqda, o vəziyyətdən qaçmaq bizim üçün sınaq ola bilər.
Haradakı biz çatışmamazlıqlarla və hədələrlə rastlaşırıq, bizim marağımıza
görə Allah Öz qüdrətli gücünü göstərmək üçün orada firəvan həyat verməyi vəd edir.
2. Rəhilə: “Allah Rəhiləni yada salıb və ...!”
Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı.(Yaradılış 30:22).
Uzun müddət Rəhilə sonsuz idi və elə bil Allah onu unutmuşdu.Qalan hamısı bir-birinin ardınca uşaq doğurdu.Təkcə Rəhilə Allahın xeyir-duasından məhrum idi. Budur, guya Allah onu unudub, Müqəddəs Yazı deyir: “Allah Rəhiləni yadına saldı”. Rəhilə yaddan çıxmamışdı. Allah onun fəryadını eşitdi, ondan rüsvayçılığı götürdü və oğul verdi. O oğluna Yusif adını verir. Rəhilənin uşağı o biri uşaqlardan üstün olur. Yusifi parlaq gələcək gözləyirdi, o Misirdə baş nazir olur. Xeyir-dua Rəhiləyə o saat gəlmədi, o qeyri-adi idi və hər şeyi kölgədə qoydu.
Bəzən həyatda bizə elə gəlir ki, Allah bizi yaddan çıxarıb, başqaları isə Ondan xeyir-dua ardınca xeyir-dua alırlar. Allah Rəhiləni yada saldığı kimi, eləcə də bizi yadına salıb xüsusi, çox gözlənməyə layiqli və geçikən xeyir-duanı bizə bağışlayacaq.
Bizim ümidsiz olmağımıza dəyməz, Allahın bizim üçün hazırladığı xeyir-duanı ümidlə və inamla gözləmək.
3. Yaqub: “Lavanın sənə etdiyi hər şeyi Mən gördüm”.(Yaradılış 31:12).
Yaradılış 31:6-7,12-41
Yaqub Lavanın ona qarşı pis rəftarına dözüb, 20 il çəkdiyi əzablardan sonra, Allah Yaquba onun yanından getməyi və atası evinə qayıtmağı söyləyir. O Yaquba deyir:”Mən Lavanın sənə nə etdiyini gördüm”. Rəbb Allah Yaqubu Lavandan azad edir. Baxmayaraq ki, Lavan neçə illər Yaqubla düzgün rəftar etməyərək onu aldatdı, bu Allahın nəzərindən qaçmadı.Allah Yaqubun bütün haqsızlığa və zülmə düçar olduğunu gördü və vaxtı çatanda O müdaxilə edib, onu azad etdi.
Bizim həyatda nədən keçdiyimizi, bütün ağrılarımızı və canımızla çəkişdikdə, yaşayışımızı Allah bilir. Bizim hansı əzablardan keçdiyimizi Allahın bilmədiyini fikirləşərək, məyus olmamalıyıq.
Bizim rastlaşdığımız bütün haqsızlığı və pis rəftarı Allah bilir. O müdaxilə edərək, bizi zülm edənlərin və pislərin əlindən azad edəcək.
4. İlyas: “Çox uzun yol gedəcəksən!”
Özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında və canına ölüm diləyib dedi: “Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm”. O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: “Qalx yemək ye!” İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən kökə və bir bardaq su var. O yeyib içdi və yenə yuxuya getdi.Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: “Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən”.(1Padşahlıq 19:4-7).
1Padşahlıq 19:1-7, 15-16; 2Padşahlıq 2:1-11
İlyas İzevel tərəfindən həyatı təhlükəyə düşdükdə, o ruhdan düşür və ölümü üçün yalvarır. O Allaha deyir: “bəsdir, al canımı”.O hiss edir ki, ölməyi yaşamaqdan yaxşıdır.İlyas həyatda heç bir çıxış görmürdü. O, Allahda onun üçün daha çətin iş olduğunu dərk etmirdi. Allah Öz mələyini göndərib onu qüvvətləndirir. O ona hələ çox uzun yol gedəcəyini söyləyir. Allah onun üçün daha çox vacib tapşırıq hazırlamışdı. O iki xalq üzərində şah məsh etməli idi, həmçinin özünün ardıcılı olan Elişanı da məsh etməli idi. Bundan əlavə, Allahın planı İlyası ölüm görmədən və diri odlu bir araba ilə göyə götürmək idi.İlyas öz ümidsiz vəziyyətində Allahın onun həyatı üçün möcüzəli planını başa düşmürdü. Bunun əvəzinə o ölümü üçün dua edirdi. Lakin Allah onu qüvvətləndirir və öz həyatında təyin olunmuş məqsədi icra etməkdə kömək edir.
Bəzən biz öz həyatımızda ağır yükdən ümidsiz oluruq və yalvarırıq Allah bizi aparsın, bu dünyadan bezirik. Bizi hələ uzun yol gözlədiyini və Allahda bizim üçün hələ çox iş olduğunu dərk etmirik.
Bizim irəli getməyimizə görə və Onun təyin etdiyi bütün tapşırıqları Onun Şahlığında bizim yerinə yetirməyimiz üçün Allah bizi qüvvətləndirmək istəyir.