Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Əgər Allah bizdə birinci yerdə deyilsə, biz nizamsızlıq yaradırıq

Yeremya 2:1-37
Yeremyanın kitabında üç müxtəlif hadisə yazılıb.

Birinci hadisə  Yeremya adlı cavan haqqındadır. Allah Yeremyanı çox çətin işi yerinə yetirmək üçün seçmişdir.

İkinci hadisə Allahın seçilmiş  xalqı İsrail ilə bağlıdır. Uzun illər allahsız rəhbərlik

etdikdən və bütlərə  səcdə qıldıqdan sonra Allah bunun kifayət etdiyini qərara aldı. O, Yeremyaya yəhudilərə Babilistana əsir aparılacaqları  pis xəbəri çatdırmağı tapşırdı.

Üçüncü hadisə Allahın Özü ilə bağlıdır. Ata sınmış ürəklə, Onun uşaqlarının necə itaətsizlik edərək Ondan daha da çox uzaqlaşdığına baxırdı.
Əgər Allah bizim həyatımızda birinci yerdə yerləşmirsə, onda biz çox çətin vəziyyətdə ola bilərik. Əgər Allah sənin həyatında birinci yerdə deyilsə, sən qarma-qarışıqlıq yaradırsan. 

Bu, Allahın seçilmiş  xalqı İsraillilərlə baş vermişdi. Onlar başqa xalqlarla və onların yalançı allahları ilə zarafatlaşmağa başladılar. Onlarda yəhudi imanından uzaq olan başqa xalqlarla qarışıq nigah yaranmışdı. Onlar vəziyyəti idarə edə biləcəklərini fikirləşirdilər, lakin o onları idarə etməyə başladı.

Xəbərdarlıq 1 – Sən Allahın standartlarını deyil, başqa şeyləri güdürsənsə, sən bədbəxtliyə aparan sürüşkən yoldasan.
Yeremya İsrailin krizisini kifayət qədər əsaslı surətdə göstərir.
“...Üstəlik hər uca təpənin üstündə, hər kölgəli ağacın altında yerə sərilib bütlərə səcdə edərək Mənə xəyanət etdin ” (Yeremya 2:20).

İsraillilərə elə gəlirdi ki, qonşularındakı ot daha yaşıldır. Tezliklə onlar yalançı allah Baala və bütlərə səcdə qılaraq o biri tərəfdə idilər. Onlar öz uşaqlarını yalançı allah Molekə qurban yandırırdılar. 28-ci ayədə onların şəhərlərinin sayı qədər allahları olduğunu deyilir. Oların öz cinsi həyatlarında əxlaqsız, işgüzar həyatlarında şərəfsiz idilər.

Allah deyir: “Artıq kifayətdir”.Əvvəllər bu zərərsiz görünürdü. Belə ki, zınqırovlu ilanın balası kimi, gözünü açıb yumunca o sancır. Gözünü açıb yumunca, o səni üstələyir və sən böyük bədbəxtliyə düçar olursan. Allahın standartlarını deyil, başqa şeyləri güdmək –bu bədbəxtliyə aparan sürüşkən yol ola bilər. 

Xəbərdarlıq 2 – Allahsız rəhbərlərin dalınca getmək allahsız həyata gətirəcək.

İsraillilər məhz bunu etdilər. Onlar dindarlığı tələb edən vəzifələrdə olan allahsız rəhbərlərə

dözürdülər. “Kahinlər  “Rəbbi axtaraq” demədilər, qanun müəllimləri Məni tanımadılar, rəhbərlər Mənə qarşı üsyan etdilər, peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, faydasız şeylərin dalınca getdilər”(Yeremya 2:8).

İsrail Allahı axtarmayan dindar rəhbərlərin xalqı idi. Hakimlər Allahı tanımırdılar və Onun əxlaqi təməlini bilmirdilər. Şahlar Allaha qarşı durmuşdular və Allahın şahlığın əvəzinə öz şahlıqlarını tikirdilər.

Vaazçılar Allahın Sözü  əvəzinə Baalın bibliyasını təbliğ edirdilər. Biz allahsız rəhbərləri izləməyə başladıqda, çox tezliklə  onların həyat tərzi ilə gedirik.

Xəbərdarlıq 3 – Özünü Allahdan əvvəl qoymaq özünü uçuruma atmaq deməkdir.


İsrail qərara gəldi ki, öz yolları Allahın yollsrından yaxşıdır:

“Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb  özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər”(Yeremya 2:13).
İsraildə axar, sərin, saf su olan mənbəy ola bilərdi. Yaxud onlar durgun olan, sərin olmayan suyu iy verən nohurdan içə bilərdilər.

İsrail öz yolu ilə getmək və öz istədiyi kimi hərəkət etmək istəyirdi.
Allahın əvəzinə  birinci yerdə olmaq özünü uçuruma atmağa hazırlaşmaq deməkdir.

Xəbərdarlıq 4 – Tövbəyə etinasızlıq ürəyi daşa çevirir.


İsrail günahını etiraf və öz pis əməlinə görə tövbə etməkdən etiraz etdi. Nəticədə onların ürəkləri daşlaşdı və onlar itaətsizlik etməkdə davam edirlər. Nəhayət, Allah xalqın Ona tərəf gəlməkdən etiraz etdiyinə görə, onları yerlərindən süpürüb atır.

“...Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər...” (Yeremya 2:27).


Onların pisliyinin nəticəsində  nə baş verdi? 37-ci fəsildə deyilir ki, Allah Babilistan xalqının hökmdarlarına Yerusəlimə qarşı çıxmağa icazə verir. Onlar şəhəri mühasirədə saxlayıb, şəhərə daxil olmuşdular.Yəhuda şahı öz itaətsizliyinə görə əsir düşür. Onu uşaqlarının necə öldürülməsinə baxmağa məcbur edirlər. Onun gözlərini çıxarıb zəncirləyib ömrünün axırına kimi zindanda saxlayırlar. Yerusəlimdə saray tamamilə yandırılır. Məhsullar, bir çox ailələr məhv edilir. Əhalinin çoxu Babilistana aparılır, və orodo onlar qul olurlar.

Xəbərdarlıq 5- Günahın nəticəsi var.


Nəticə ola bilər o saat, o biri həftə baş verməsin, lakin günah həmişə nəticəsini verir.

“...Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir...”(Yeremya 2:19).


Bizdə şübhəli fikirlər yarana bilər: bizdən heç kəs kamil deyil, biz hansısa dərəcədə bu əxlaqi xəstəlikdən əzab çəkirik, hansıki Bibliya “günah” adlandırır; Allah nə qədər sevən Allah olsa da, bütün bunlar böyük əhəmiyyət kəsb etmir. O, bizim kiçik günahlarımıza fikir verməyəcək. Təəssüf olsun ki, vəziyyət bizim düşündüyümüzdən də ciddidir. Baxmayaraq ki, Allah bizi çox sevir, Onun müqəddəsliyi və ədalətli olması elədir ki, O pisliklə yaşaya bilməz. Habaqquq və Yeşaya peyğəmbərlərin dediyi kimi:  “Sənin gözlərin çox təmizdir, şəri görən gözün yoxdur, pis əməllərə dözə bilmirsən...”(Habaqquq 1:13), “Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı, günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir” (Yeşaya 59:2).

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).