ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Allahı razı salmaqda sevinc
Luka 12:32
İsa Məsihlə gəzmək və söhbət etmək ləzzəti Matta, Peter və Yaqubda olduğu kimi Lukaya qismət olmayıb. O, Müjdəni eşidən və Allaha itaət etməyi qərara alan, Allahın Oğlu haqqında eşitdiyi ənənəni yazan həkim idi. O bütpətəst olub və Müjdənin tarixini elə janrda yazıb ki, hər bir qeyri-yəhudi onu başa düşə bilər.
Nə üçün İsa deyirdi: “Qorxma kiçik sürü”?
Minlərlə insan qulaq asmağa, yeməyə, şəfa tapmağa gəlirdi. Lakin bəziləri Səltənətə düşəcək. O onları “kiçik sürü” adlandırır.
Allah bizim və bizim uşaqlarımız haqqında sevinirmi?
Onun Səltənətinə məxsus olan Ona etibar edir.
Biz Allahı öz imanımızla sevindiririk. İbranilərə 11:6: “İman etmədən Allaha məqbul olmaq qeyri-mümkündür”. Romalılara 8:8: “Buna görə də, cismani təbiətə əsasən yaşayanlar Allahı razı sala bilməzlər”. Allahı razı salmaq istəyənlər Məsihə və Onun Müqəddəsliyinin gözəlliyinə ümid edirlər. Allahı razı salmaq istəyənlər əvvəlcə Allahın Səltənətini və Onun Həqiqətini axtarırlar.Allahı razı salmaq istəyənlər Ona etibar etməyə hazırdılar.
Onun Şahlığına məxsus olanlar Onu izzətləndirirlər.
Davud Məzmur 69:30-31-də təntənə ilə deyir: “Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam. Mal-qara qurbanından çox bu, Rəbbin xoşuna gələcək, buynuzlu, dırnaqlı buğadan çox bu Ona xoş gələcək”. Başqa sözlə,Allahı razı salan Onu həvəslə izzətləndirməyə hazır olandır. Onlar ilahilərlə Atanın evinə gəlirlər.Onlar həvəslə Allaha izzət oxuyurlar. Bizim hazırlığımız formal qaydada və adət səliqəsi ilə deyil, Onu ilahilərdə izzətləndirmək və Onu öz həyatımızdan yüksək tutmaq, Ona məqbuldur(xoşdur).
İsa çarmıxa getməzdən əvvəl Allaha himn oxuyurdu. Müqəddəs Yazı deyir: “Və onlar dini mahnı oxuduqdan sonra çıxıb Zeytun dağına doğru getdilər.”(Matta 26:30).Bibliyada Allahın xalqının Allaha 25 dəfədən artıq ilahi oxuduğu göstərilir. Kim Ona alqış oxumaq istəyir, Allah onun alqışına sevinir.
Onun Səltənətinə məxsus olan Onu təbliğ edir. Əgər biz Allahı razı salmaq istəyiriksə, Məsihi təbliğ etməliyik. İnsanlara yalnız onların eşitmək istədiyini desək, biz Müjdəni təbliğ edə bilmərik.(1Korinfililərə 1:21; Qalatiyalılara 1:10).
Bizim arzumuz Məsihin dediyi kimi olmalıdır: ”çünki Mən daim Onun xoşuna gələn işləri görürəm”.(Yəhya 8:29; Romalılara 15:3). Bu ənamın necəliyini bilmək,- biz Onun üçün çox qiymətliyik, Allahın Səltənətini bizə vermək Onun üçün xoşdur. “Çünki Allahın Səltənəti sözdə deyil, gücdədir”.(1Korinfililər 4:20).
1. Onun Gücü təmin etmək: Allah bizə hər gün çörək (Matta 6:11), əbədi həyat suyu (Yəhya 4:14), rahatlıq və istirahət (Matta 11:28) verir.
2. Onun Gücü müdafiə edir: Allah mələklərinə əmr edir ki, bizi qorusun (Məzmur 91:11-13).
3. Onun gücü vəd verir: Allah bizə Öz Sözünü verir (Məzmur 107:20).