Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Cəhənnəmdən yalvarış

Luka 16:19-31
Yəhuda 1:22-23
1Korinfililər 16:15

Missiya nə  deməkdir?

Missiya – bu xidmət tamlığı ilə elə sürətdə yerinə yetirilməlidir ki, başqaları da Müjdəni eşidə bilsin! 
Məndə elə arzu varmı ki, özümü Allaha tabe edim və cəhənnəmə getməyə çətinlik çəkən insanlarla rastlaşdıqda əlimdən gələni edim?
Mənim missiyam necədir?

Mən göndərilmişəmmi? Allahın mənə etibar etdiyini tam məsuliyyəti ilə öz üzərimə  götürmüşəmmi?

Nə üçün missiyada məsihçi fəal olmalıdır?

1. İki insanın sual.

Bibliyada insanın sualı:  “Məgər mən qardaşımın keşikçisiyəm?” (Yaranma 4:9).

Məhz Qabil bu sualı  verməklə, özünə haqq qazandırmağa çalışırdı.

İkinci sual: “Mənim yaxınım kimdir?” (Luka 10:29).

Müqəddəs qanun alimi onun yaxının kim olduğunu bilmirdi.

Hər məsihçi özünə  bu iki sualı verməlidir. Həmçinin, bu suallara cavab vermək bizə vacibdir!

2. Cəhənnəmə  ekskursiya – Luka 16:19-31.

Cəhənnəmdə çoxlu insan missionerlər haqqında ağlayırlar. Cəhənnəmə toplananlar

Allahı inkar edib, Allahsız əbədi həyatla yaşayanlardır. Onlar ruhani həyatın həqiqət olduğunu bilsələr də, lakin həmişə Allahsızdırlar.
Çox məsihçi Bibliyanı oxuyur və dua edir: “Budur mən, məni göndər!” və öz başdansovma həyatı ilə razılaşaraq, missiya üçün heç nə etməməkdə davam edir.

Onlar cəhənnəmə gedən insanlara görə narahat deyillər. Həvarilərin işləri kitabından makedoniyalıların çağırışı 21 əsrin məsihçilərinə  aiddirmi?

3. Statistika.

Statistikaya görə 3% imanlı missiya ilə məşğuldur.

Məsihçi missiyadan çox, itinin, pişiyinin yeminə pul xərcləyir.

Çoxlu sayda insanın cəhənnəmə getməyi qəribə deyilmi?

Xoş xəbər məbədinin  üzvü Rəbb İsa haqqında adi şəhadətlik edə bilmir.

Bibliya dünyada ən çox oxunan kitabdır, lakin məsihçilərin çoxu həftədə üç fəsildən artıq oxuya bilmir.

4. Görüntü

Bəzi məsihçilər səltənətə  düşəcəklərinə görə o qədər xoşbəxtdirlər ki, cəhənnəmə gedən yolda olanları unudurlar. Məsihçiyə  cəhənnəmi (görmək qabiliyyəti) təsəvvür etmək vacibdir. Bu görüntü bizə birlikdə, ölümə gedənlər üçün dua etməyə, oruc tutmağa və öz həyatını verməyə kömək edər. Ölümə gedən insanları görmək cibimiz və bankda olan hesabımız da daxil olmaqla, məsihçi ailəsindən başlamalıdır.

Əgər mən gedə bilmirəmsə, kimisə göndərməliyəm.

Həqiqətdə ən böyük ehtiyac – duadır. Müasir məbədlərdə itirilmiş “dua haqqında düşünmək” bizə vacibdir.

Missiya bizim həyatımızda ən vacib tapşırıqdırmı? O biri tərəfdən biz öz inkişaf etməmiş  məbədimizin divarları arxasında gizlənməyi qərara alırıq.

5. Dünyanın vəziyyəti.

Əgər bu gün bütün yaşayanların sayı 100 nəfər olsa idi, onlardan 66 nəfəri heç vaxt Rəbb İsa haqqında eşitməzdi.

70  dərisi ağ  rəngdə olmayan  olardı.

57 asiyalı olardı.

21 avropalı olardı.

70 oxumağı bacarmazdı.

50 ac uzanıb yatardı.

1 universitetdə oxumağı ilə fəxr edərdi.

40 Müjdə üçün açıq uşaqlar olardı.

6 50% dünyanın varına sahib olardı.

3 bəlkə hətta bu gün cəhənnəmə çox yaxın olardı.

Əgər biz Müqəddəs Ruha qulaq asmasaq, bütün bu statistikanin heç bir əhəmiyyəti yoxdur. O bizim vasitəmizlə işləmək istəyir!

6. Məsihçi  üçün Allahın planı.

Missiya üçün çox dua etmək və çalışmaq.

Bizə özümüzdən soruşmaq lazımdır:

Əgər məbədin bütün üzvləri mənim kimi fəal olsaydı, bizim məbədimizlə nə baş verərdi?

Əgər məbədin bütün üzvləri mənim kimi qurban(nəzir) versəydi, bizim məbədimiz necə olardı?

Əgər məbədin bütün üzvləri mənim qədər dua etsəydi, bizim məbədimiz necə olardı?

Mən çox edə bilirəmmi?

Mən çox qurban verə bilirəmmi?

Mən çox dua edə bilirəmmi?

Göylərdə sən kiminlə  görüşəcəyini fikirləş; sən kimə Rəbb haqqında şəhadətlik edib, yeganə Xilaskarı göstərmisən.

Əgər sən yox, bəs kim?

Əgər burada yox, bəs harada?

Əgər indi yox bəs nə vaxt?

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).