ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Gəlin Rəbb İsaya baxaq!
İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxaq. O, qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa etinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu.
Günühkarlar tərəfindən Ona qarşı olan bu qədər müxalifətə tab gətirən Şəxsi fikirləşin ki, canınız yorulub, taqətdən düşməyəsiniz.
(İbranilərə 12:2-3).
Əgər biz həyatımızda birincilik yaratmasaq, bizə görə bunu başqaları, ətrafımızdakı şərait edəcək. Elə hadisə baş verir ki, narahatçılıq və ümidsizlik yarana bilsin.
1. Rəbb İsa Öz məqsədini bilirdi.
İsa ona dedi: “Bu gün bu evə qurtuluş gəldi, çünki bu adam da İbrahimin oğludur; çünki İnsan Oğlu qeyb olmuşları axtarıb xilas etməyə gəlmişdir.”
(Luka 19:9-10)
Çünki Allah Öz Oğlunu dünyaya ona görə göndərməmişdir ki, O, dünyaya hökm etsin. Amma ona görə göndərmişdir ki, dünya Onun vasitəsilə xilas edilsin. Ona iman edən məhkum olunmur; iman etməyən isə qabaqcadan məhkum olunmuşdur, çünki Allahın vahid Oğlunun adına iman etməmişdir. (Yəhya 3:17-18).
İncildə Luka 15:1-11–də biz üç şeyin itməsi ilə rastlaşırıq:
Adi şəraitdə quzu itir.
Təsadüfən moneta(pul) itir.
Qəsdən oğul itir.
Biz öz birinciliyimizi qoymazdan əvvəl, bizə öz məqsədimizi bilmək lazımdır.
2. Rəbb İsa Öz birinciliyini Öz məqsədinin əsasında qoydu.
Birinciliyin birincisi:
Öz Atası ilə ünsiyyət.
Səhər, gün doğmazdan əvvəl İsa qalxdı və çıxıb tənha bir yerə getdi. Orada dua edirdi. Şimon və onunla bərabər olanlar Onun ardınca getdilər. Və Onu tapıb dedilər: “Hamı Səni axtarır.” İsa da onlara dedi: “Başqa yaxın qəsəbələrə gedək ki, oralarda da təbliğ edim, çünki Mən buna görə gəlmişəm.”(Mark 1:35-38).
Birinciliyin ikincisi:
Öz daxilində insan qrupuna şagirdlik.
Onlar Yerusəlimə gedən yol ilə irəliləyirdilər. İsa onların önündə gedirdi. Şagirdləri təəccüb içində, ardınca gələnlər də qorxu içində idilər. Onikiləri kənara çağırıb Özünə nə olacağı barədə danışmağa başladı:(Mark 10:32).
Birinciliyin üçüncüsü:
Məhv olanlara xidmət etmək.
İsa ona dedi: “Bu gün bu evə qurtuluş gəldi, çünki bu adam da İbrahimin oğludur.”
(Luka 19:9).
3. Rəbb İsa Öz birinciliyini başqa insanların fikirlərindən müdafiə edirdi.
İsa o zamandan etibarən, Öz şagirdlərinə deməyə başladı ki, O Yerusəlimə getməli,ağsaqqalar, baş kahinlər və din alimlərinin əlindən çox əzab çəkməli, öldürülməli və üçüncü gündə dirilməlidir.
Peter də Onu kənara çəkib, etiraz etməyə başladı: “Ya Rəbb Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!”
İsa isə Peterə müraciət edib, dedi6 “Rədd ol Məndən, şeytan! Sən Mənə mane olursan. Çünki sənin fikirlərin Allahın deyil, insanın fikirləridir.”(Matta 16:21-23).
1. Rəbb İsa Öz məqsədini bilirdi!
2. Rəbb İsa Öz birinciliyini Öz məqsədinin əsasında qoydu.
3. Rəbb İsa Öz birinciliyini başqa insanların fikirlərindən müdafiə edirdi.
Gəlin Rəbb İsaya baxaq!