Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Həvari Pavelin çağırışı

Bizdə dindar həyata həvəs oyatmaq üçün həvari Pavel (Efeslilərə 5 əsasında),bizi aşağıdakı yerə malik olmağa çağırır:

1. Məbəd (ayə  1-7)

O məbəddə İsanın bizə görə gətirilmiş qurban olmasını bildirir. Günah Allah üçün iyrənclik və onun üçün üfunət iyidir. (Yeşaya 3:24).

Əgər biz məhəbbətdə gəzsək, bizim həyatımız Allah üçün həqiqi qurban (Romalılara 12:1-2; Filipililərə 2:17), xoş ətir olacaq (Yəhya 12:1-8).

2. Tarla (ayə  8-14)

Bizə bəhrəni (ayə  8-14) göstərmək üçün Pavel tarlada gəzir və işıqda gəzənin ruhani bəhrə verdiyini yadımıza salır. (Qalatiyalılara 5:22-23).

Əgər biz işıqda gəzsək, qaranlıqla şərikliyimiz olmaz (2Korinfililərə 6:14-18).

 

3. Ticarət yeri (ayə  15-17)

Sonra həvari Pavel bizi bazara aparır (15-17) və “fürsətdən istifadə etməyi bacaran” yaxşı ticatətçiyə oxşamağa əmin edir.

Əgər biz hikmətlə gəzsək, onda öz vaxtımızdan hikmətlə istifadə edərik.

4. Ziyafət zalı  (ayə18)

Sonra Ruhda  necə  gəzməyi öyrənmək üçün həvarinin ardınca ziyafət zalına gedirik (Qalatiyalılara 5:16-26).

Əgər biz Ruhda gəzsək, bir-birimizə qarşı mehriban, sədaqətli və itaətkar olarıq.

5. Ailə  (ayə 22-33)

Pavelin baş çəkdiyi axırıncı yer – evdir (ayə 22-23), məbədlə  Məsih arasındakı münasibəti nigah kimi təsəvvür edir. Məsih bizi sevdi və bizə görə öldü, lakin bu gün də O bizi sevir və qayğımıza qalır.Belə həyat Süleymanın Nəğmələr Nəğməsində yaxından təsəvvür olunub və kim özünü Ona tabe edərsə, onun üçün də real ola bilər.

Əgər biz Rəbb İsaya tabe olsaq, biz başqaları  üçün xeyir-dualı olacağıq.

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).