Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

İbrahimin həyatında Allah

Yaradılış 12:8

Qurbangah qurmaq

Biz İbrahimin həyatına baxdıqda, onun Allahla çox yaxın (münasibəti) ünsiyyəti olduğunu görürük. İbrahim qurbangah düzəldir və Allahın Adını çağırır. Biz İbrahimin məsələn, saray tikdiyini oxumuruq. O öz həyatının sonunda Sara üçün mağar (qəbr) tikir. Lakin o hər vəziyyətdən istifadə edərək qurbangah  tikir (düzəldir) və İbrahim öz həyatındakı hadisələri Allahla bağlayır. Ibrahımin tikdiyi hər qurbangaha görə biz onun həyatının tərcümeyi-halının – planını tərtib edə bilərik.

İbrahim Allaha səcdə edirdi.Bu onun ən vacib məşğuliyyəti idi. Məsələn, o Ona nə vaxt səcdə edirdi:

  • o Misirdən qayıtdıqda (Yaradılış 13:2-4);
  • o Vəd olunmuş Torpağın ölçüsünü gördükdə (Yaradılış 13:14-18);
  • Allah ona görünüb və onun İbram adını İbrahimə dəyişdikdə (Yaradılış 17:3-5);
  • O Beer-Şevada Avimelexlə əhd bağladıqda (Yaradılış 21:33).


Qurbangahın tikilməsi asan iş deyildi. Bunun üçün daş və palçıq lazım idi. Lakin qurbangahın tikilməsinin ən çətin anı Moriya dağında baş vermişdi.Qurbangahın tikilməsi ola bilər ki, onun belini qırmadı, lakin ürəyini parçaladı. İbrahim bilirdi ki, qurbangahı öz oğlu üçün tikir. Allahın gözləri önündə İbrahim öz oğlunu təqdim edir. Quzu o yerdə təsadüfən görünmür.Quzunu Allah göndərir.

İlahiyyatçı İbrahim

İbrahimlə bir dövrdə yaşayan insanlardan o Allah haqqında çox bilirdi. Allah Özü İbrahimə Özü haqqında ulu həqiqətini açmışdı.(Yaradılış 18:19). O vaxt Bibliya yox idi. Allah haqqında məlumatın mənbəyi Allah Özü idi ki, İbrahimə açılmışdı.İbrahim Allahla danışanda və ya Allah haqqında danışanda, o aşağıdakı təsvirlərdən istifadə edib:

  • Adonay (Xudavənd Rəbb) – Yaradılış 15:2
  • İeqova (Var Olan – Mənəm)(Rəbb – Xudavənd) – Yaradılış 15:2
  • El Elion (Rəbb Allah-Taala) – Yaradılış 14:22
  • El Şadday (Külli-İxtiyar Allah) – Yaradılış 17:1
  • El Roi (Məni Görən Allah) – Yaradılış 16:13
  • El Olam (Əbədi Allah) – Yaradılış 21:33
  • İeqova İre (Rəbb Hazırlayan) - Yaradılış 22:14

İbrahimdə Bibliya yox idi, lakin Bibliyası olan bəzi insanlardan o Allahı yaxşı tanıyırdı. Allahı tanımaq prosesi bizim həyatımızı təsvir edir. “Mənə öz Allahını göstər, mən sənə necə yaşadığını, həm də sənin əbədi həyatını necə keçirəcəyini deyim”.  
Allahı  dərk etmək əsil həyat və xidmət olmadıqda təməli qoyulur.

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).