ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Müasir uşaqları necə istiqamətləndirmək lazımdır?
1. Onlara Allah haqqında eşitmək vacibdir.
Allah – xilasın mənbəyidir. Uşaqlara Allahın kimliyi və Onun işləri haqqında eşitmək lazımdır. Uşaqların Allah haqqında aydın təsəvvürləri olmasa, öz günahlarının məsuliyyətini heç vaxt başa düşməyəcəklər.
Ona görə də biz öyrədirik:
Allah səni yaradıb(Həv. Iş. 17:23-29): sən Onun qarşısında cavab verirsən.
Allah Bibliya vasitəsilə səninlə danışır(1Kor.3:4): sən Ona itaət etmək üçün məsuliyyət daşıyırsan.
Allah müqəddəs və ədalətlidir(Həv. Iş.17:31): O səni mühakimə etməlidir.
Allah xeyirxahdır və O səni sevir(Yəhya 3:16): O sənin xilasını mümkün edib.
2. Onlara günah haqqında eşitmək vacibdir.
Günah haqqında öyrənmək xilasa ehtiyac olduğunu göstərir. Günah və günahın aqibəti əsaslı surətdə və ciddi aydınlaşdırılmalıdır. Ona görə biz öyrədirik:
Sənin günahın – Allaha qarşıdır (Məzmur 50,b)
Sən təbiətinə görə / dünyaya gələndən(Efes.2:3) və əməllərinə görə(Rom.3:23) günahkarsan.
Sən öz günahlarına görə cəzaya layiqsən (Rom.1:18).
3. Onlara İsa Məsih haqqında eşitmək vacibdir.
İsa Məsih haqqında öyrənmək uşaqlara yeganə xilas yolunu göstərir. Uşaqlara İsa Məsihin Kimliyini və Onun nəetdiyini bilmək vacibdir. Ona görə biz öyrədirik:
İsa Məsih, Allah – Oğul, yeganə Xilaskardır (Həv.iş.9:20).
O sənə görə ölüb (Həv.iş.2:23,36,38).
O sənə görə dirilib (Həv.iş.2:24-32).
O sənə görə göyə qalxıb (Həv.iş.2:23-32).
4. Onlara iman və tövbə haqqında eşitmək vacibdir.
Uşaqları Məsihə çağırmaq müjdənin əsas mühüm hissəsidir (Yəhya 6:37; 1:12). Ona görə biz öyrədirik:
İsa Məsih səni Özünə tərəf çağırır (Matta 11:28).
Sənə günahdan dönmək lazımdır (Həv.iş.2:38; 20:21).
Sənə İsa Məsihə etibar etmək və tamlığı ilə Ona tabe olmaq lazımdır (Həv.iş.16:31;20:21).
Tövbə və inam – ağılın, ürəyin və iradənin Məsihin çağırışına tam cavabıdır (Rom. 6:17).