ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Rəbb İsa. O necədir və O nə edir?
(Vəhy 7:9).
Filadelfiya şəhəri.
Vəhy kitabında yazıldığı kimi Filadelfiyadakı məbəd yeddi başqa məbəddən daha çox çalışıb. Məbəd(cəmiyyət) öz missiyasına sadiq qalıb. O Allaha yaxın yaşayıb və Allahın cəmiyyətə qarşı günah haqqında ittiham etməyə heç bir sözü yoxdur.
Onun üçün gələcəkdə baş verəcək çətinliklər bildirilir. Rəbb İsanın onun üçün açıq saxladığı qapıdan o keçə biləcəkmi?
Rəbb İsa – Yazıçı.
Vəhy kitabında 3:7-13-də Rəbb İsa Özünü məktubu alanın başa düşdüyü dildə bildirirdi.
1. O, Müqəddəsdir(Vəhy 3:7).
Rəbb İsa ləkəsiz və qüsursuz, mənəvi cəhətdən kamildir. Onun təbiəti kamildir. Müqəddəslik – Allahın əsas keyfiyyətidir. “Müqəddəs” – bu Allaha mənsub olan yaxşı tanınmış yəhudi tituludur. Yeşaya 43:15-də Allah elan edir: “Mən Rəbbəm, sizin Müqəddəsinizəm, İsraili Yaradanam, Padşahınızam”. Biz Rəbb İsanın müqəddəsliyini Allah kimi görməliyik. O, Müqəddəsdir, ona görə günaha nifrət edir.İmansızlara onların günahlarının problemini həll etmək üçün Ona icazə verməkləri lazımdır. O müqəddəsdir, ona görə də imanlı müqəddəs olmalıdır.
2. O Həqiqətdir (Vəhy 3:7).
Rəbb İsa hamının arxasında dayanıb, O – Odur ki, tamlığı ilə etibar etmək, güvənmək olar.O deyir ki, O “həqiqət”dir; orijinalda (anatenos) bu söz real, həqiqi və saf deməkdir. Rəbb isada biz həqiqəti tapırıq. Biz Onun haqqında dərindən düşündükdə, tam Həqiqətlə rastlaşırıq.İsa realdır. Həqiqət olmağın mənası,Onun söylədiyi hər bir söz Allahın həqiqi sözüdür, onun bütün vədləri yerinə yetəcək.Əgər Ona güvənsək, xilasımızı Ona etibar edə bilərik. Biz Rəbb İsanın bizə həqiqəti söylədiyini bir imanlı kimi başa düşməliyik. Əgər O bizi “açılmış qapı şansından” istifadə etməyə çağırırsa,- bu o deməkdir ki, biz oradan keçə və Onun istədiyini edə bilərik.
3. O, Davudun açarlarını saxlayır (Vəhy 3:7).
Açarlar hakimiyyət deməkdir. Rəbb İsa Davudun açarlarına malikdir. Başqa yerdə,
Yeşayanın kitabında Davudun açarı xatırlanır(Yeşaya 22:20-23). Yezekelin şahlığı idarə etdiyi vaxt Davudun evinin açarları Elyaqimə verilir. Bu açar Yəyuda şahının bütün xəzinəsi olan Davudun evini açırdı.Davudun evinə kim girə bilər, kim yox, Elyaqim nəzarət edirdi. O şahdan sonra ikinci adam idi, kim girə və ya çıxa bilər, kim şahın yanına daxil ola bilər, kim yox, nəzarət edirdi. O qapını açırdı və bağlayırdı.
4. O, onları sevirdi (Vəhy 3:9).
Rəbb İsa filadelfiyalıların çətin şəraitini başa düşürdü. Rəbb İsa onlara ən ali xoşbəxtlik arzulayırdı(Yəhya 16:27). Filadelfiyada yaşayanlarda (qardaş məhəbbəti) Allahın sevgisinin əlaməti idi. Əgər Allahın məhəbbətini almasan, əsl qardaş sevgisi ola bilməz. Rəbb İsanın sevdiyinə görə öldüyünü imansızlara bilmək vacibdir. Günahkarları xilas etmək arzusu Onda olan məhəbbətə əsaslanır.(Yəhya 3:16; Romalılara 5:8).