Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Rəbb İsanın ayağının yanında

Günahların bağışlanması  (Luka Müjdəsi 7:38)

Baxmayaraq ki, fərisey Rəbb İsanı öz evinə dəvət etmişdi, o “Onun ayağının yanında otur”madı. Fərisey İsa Məsihlə stolun yanında oturmağı arzuladı, lakin “Onun ayağının yanında ol”madı. Qadın Rəbb İsanı öz evinə (bəlkə də, onun evi yox idi) dəvət etmədi, lakin o öz böyük problemini - günahını bilirdi. Qadın bilirdi ki, ona xilas olmaq lazımdır. O öz günahlarını Rəbb İsanın ayaqlarına gətirir.

RƏBB İSA – GÜNAHLARI BAĞIŞLAYAN ALLAHDIR!

DÜZGÜN TƏLIM (Luka Müjdəsi 10:39)

Məryəm bilirdi ki, ona həqiqəti bilmək vacibdir. Marta Rəbb İsanı Beytanyada evinə dəvət etdi, amma Məryəm Rəbbin ayağının yanında otururdu. Nəsə öyrənmək üçün fikrini bir yerə cəmləmək lazımdır . Düzdür, Rəbb İsanı Məryəm dəvət etməmişdi, amma o bilirdi ki, onun üçün ən yaxşı yer – Rəbbin ayağlarının yanındadır! Bu “yaxşı pay” idi (Luka 10:42).

RƏBB İSA  - HƏQIQƏTI BILƏN VƏ  BIZI SEVƏN ALLAHDIR!

TƏSKINLIK / Yəhya Müjdəsi 11:32/

Məryəm qardaşını  itirmişdi. O qəbirin yanına tələsmirdi, yəhudulər isə elə  düşünürdülər ki, ola bilsin, o ora gedəcək. Məryəm başa düşmüşdü  ki, çoxlu problemi olan insanlardan təskinlik gözləmək olmaz. O düzgün yeri tutmuşdu

Rəbb İsanın ayaqlarının yanında.Təkcə O əsil təskinliyi verə vilər. Mariyanın kədər və qəmini Rəbb İsa sevinc ilə əvəz edir.

RƏBB İSA – BIZ ÇƏTINLIKLƏRLƏ  QARŞILAŞDIQDA, BIZIM QAYĞIMIZA QALAN ALLAHDIR!

UŞAĞIN HƏYATI /Luka Müjdəsi 8:41/

Uşağın ölümcül xəstələnməsi Yairi İsanı axtarmağa məcbur etdi. O Rəbbi tapdı və Onun ayaqlarına düşür. Ata başa düşmüşdü ki, heç kim uşağına həyat verməyəcək. Yair nümunə olaraq həqiqəti təsdiq edir ki, Rəbb İsasız uşaqlar ruhən ölürlər, günah içində məhv olurlar. Dünyada hər şeydən çox– valideyn məhəbbətindən, havadan, başının üstündəki tavandan. Geyimdən və yeməkdən çox uşaqlara Rəbb İsa lazımdır.Yair bilirdi, öz kədərini – uşağının ölümcül xəstəliyini Kimə gətirsin. 

RƏBB İSA – BÜTÜN UŞAQLARA HƏYAT VERMƏK ISTƏYƏN ALLAHDIR!

MINNƏTDARLIQ / Luka Müjdəsi 17:16/

On nəfər cüzamlı Rəbb İsanı qarşıladı. Onlardan hər biri öz həyatında Allahın məhəbbətini sınadı. Cüzamlıların hamısı xəstəlikdən təmizlənir və ölümdən azad olur. İndi bu insanlar normal həyata qayıda bilərlər. Lakin onlardan yalnız biri, Samariyalı, başa düşür ki, Kimə minnətdarlıq bildirmək lazımdır. Samariyalı qayıdır və Rəbb İsanın ayaqlarına düşür, cüzamdan saflaşanlardan yalnız biri qayıdır, qalan doqquz nəfər gəlmir. Samariyalı ikiqat təmizləndi : fiziki və ruhani.

Minnətdarlıq onun ruhani vəziyyətindən əmələ gəlirdi.

RƏBB İSA – BIZIM MINNƏTDARLIĞIMIZA LAYIQ ALLAHDIR!

QORXU ÜZƏRINDƏ  QƏLƏBƏ /Vəhy kitabı 1:17/

Həvari Yəhya Rəbb İsanı bütün izzət içində gördükdə, qorxdu. O Rəbb İsanı tanıyırdı, Onunla Filistinin küçələrində gəzmişdi, Onun təlimini eşitmişdi, Ona “toxunmuşdu”. Lakin Allahın Oğlunu izzət içində gördükdə, öz yaşına baxmayaraq, o Onun ayaqlarına düşür! Yəhya yaxşı başa düşürdü ki, Rəbb isa – Birinci və Axırıncıdır. Həvari susaraq imkan verdi ki, Rəbb İsa danışsın.Yəhyanın həyatı – Rəbb İsa Məsih üçün yaşayan insana əla nümunədir. O dərk etmişdi ki, dünyada ən yaxşı yer – Rəbb İsanın ayaqlarının yanındadır!

RƏBB İSA – BIZDƏN IZZƏT VƏ  HƏYATI ALMAĞA LAYIQ ALLAHDIR!

Dr. Çeslav Bassar (czeslaw7©eta pl; www.proword/eu)

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).