ProWord
Bu sayt sizin üçün xeyir-dualıdırmı?
Uşaqlara xidmət etmək bizə nə üçün lazımdır?
Həvari Pavel Pomalılar1:16-da bildirir ki, bu Müjdə “iman edən hər kəsin xilası üçün Allahın xilasıdır”. Rəbb İsa bizə son tapşırığını verib - “Müjdəni bütün xilqətə təbliğ edin!” (Mark 16:15).
1. Uşaqlara xidmət etməyin vacibliyinin birinci və ən əsas səbəbi Rəbb İsanın ciddi əmri idi. Məsihçi Onun əmrindən qaça və uzaqlaşa bilmir. Rəbb İsa uşaqların gəlməyini istəyir(Mark 10:14; Matta 18:14).Bibliya Müjdəsi uşaqlar da daxil olmaqla, bizə hamıya müjdələməyimizin vacibliyini bildirir.
2. Uşaqların mənəvi ehtiyacları var. Rəbb İsasız onlar ruhən ölüdürlər. Onların günah problemi var və onlar Rəbb İsaya etibar etməlidirlər.
3. Uşaqlar Müjdəyə öz uşaq inamları ilə cavab verə bilərlər. Pet Verbal uşaq müəllifi və XUXŞ-nin konsultantı, İnternational Network of Childrens Ministry bildirir ki, müasir məsihçilərin 75-85% -i Məsihə 15 yaşına qədər olan yaş dövründə inanıblar.
4. Uşaqlar Müjdəyə çox açıq olurlar. Barna araşdırma qrupu müəyyən edib ki, Məsihi qəbul etmək imkanı uşaqlar arasında yüksəkdir, nəinki yeniyetmələr və ya böyüklər arasında.5-dən 13 yaşa qədər olan uşaqlar arasında Məsihi qəbul etmək imkanı 32% təşkil edir. Bu rəqəm 14-dən 18 yaş arasında olan uşaqlar üçün 4% -ə düşür, bütün öz qalan həyatının müddətində inanmaq 6% ehtimal olunur.
5. Uşaqlar daha uzun gələcək əldə edirlər. Uşaqlara xidmət – bu gələcəyə xəzinədir(əmanətdir). Dünyada əhali indi 6.000.000.000-dan artıq təşkil edir. Təxminən bunun 3/1-ni uşaqlar təşkil edir, onlar məbədin gələcəyi, öz xalqının gələcəyidir. Xilas olmuş uşaq – bu bütün həyatın xilasıdır.
6. Uşaqlar tez-tez başqalarının xilası üçün Allahın aləti olurlar. Ailələr, valideynlər və baba ilə nənə daxil olmaqla, xilas olmuş uşaqların adi şəhadətliyi vasitəsilə xilas ola bilərlər. Həmçinin dostları Məsihə gələ bilər. Beləcə, uşaqlar yerli məbəd üçün böyük xeyir-dua ola bilərlər.
7. Məsihçi məbədinin tarixində uşaqlar əsas rol oynayırlar. Doktor Martin Lüter deyib: “Əgər Allahın Səltənətinə zorla gəlməlidirsə, biz uşaqlardan başlamalıyıq və biz onları beşikdən öyrətməliyik”. Çarlz Spercen yazıb: “Uşaqlara müjdə, bütün Müjdə, həqiqi müjdə lazımdır; onlarda onun olması çox vacibdir, əgər onları Allahın Ruhu öyrədirsə, onlar Onu artıq yetkin yaşında da qəbul edə bilərlər.” İNCM-in keçmiş prezidenti Din Stoun bildirir ki, “uşaqlara xidmət, özlüyündə məbədin strateji xidmətidir... yerli məbəddə xidmətin əla keyfiyyəti körpə yaşından başlayır və yaşla təcrübə toplayır”.
8. Kim Müqəddəs Ruh qabiliyyətlidirsə, uşaqların onlara ehtiyacı var.Belə insanlar uşaqlara öyrədə və müjdələyə bilərlər. Onlar uşaqlara xidməti yerinə yetirmək üçün Allah tərəfindən çağırılmışlar.(Romalılara 1:16).
9. Biz uşaqlara xidmət etməklə, Allahı izzətləndiririk. Hər məsihçinin ən böyük arzusu yalnız valideynləri və müəllimləri deyil, Allahı izzətləndirməkdir. Uşaqlar xilas olduqda və onlar Rəbb İsada böyüdükdə, Onu izzətləndirirlər. Bu bəhrəni Allah gözləyir. Uşaqlara xidmət etmək ona görə vacibdir ki, Allahı izzətləndirək.