Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Vaazın (təbliğin) planı

Gəlin Rəbb İsaya baxaq!

İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxaq. O, qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa etinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu.

Günühkarlar tərəfindən Ona qarşı olan bu qədər müxalifətə  tab gətirən Şəxsi fikirləşin ki, canınız yorulub, taqətdən düşməyəsiniz.

(İbranilərə  12:2-3).

Əgər biz həyatımızda birincilik yaratmasaq, bizə görə bunu başqaları, ətrafımızdakı şərait edəcək. Elə hadisə baş verir ki, narahatçılıq və ümidsizlik yarana bilsin.

1. Rəbb İsa Öz məqsədini bilirdi.

İsa ona dedi: “Bu gün bu evə qurtuluş gəldi, çünki bu adam da İbrahimin oğludur; çünki İnsan Oğlu qeyb olmuşları axtarıb xilas etməyə gəlmişdir.”

(Luka 19:9-10)

Çünki Allah Öz Oğlunu dünyaya ona görə göndərməmişdir ki, O, dünyaya hökm etsin. Amma ona görə göndərmişdir ki, dünya Onun vasitəsilə xilas edilsin. Ona iman edən məhkum olunmur; iman etməyən isə qabaqcadan məhkum olunmuşdur, çünki Allahın vahid Oğlunun adına iman etməmişdir. (Yəhya 3:17-18).

İncildə Luka 15:1-11–də biz üç şeyin itməsi ilə rastlaşırıq:

Adi şəraitdə quzu itir.

Təsadüfən moneta(pul) itir.

Qəsdən oğul itir.

Biz öz birinciliyimizi qoymazdan əvvəl,  bizə öz məqsədimizi bilmək lazımdır.

Ardını oxu: Gəlin Rəbb İsaya baxaq!

   

Həvari Pavelin çağırışı

Bizdə dindar həyata həvəs oyatmaq üçün həvari Pavel (Efeslilərə 5 əsasında),bizi aşağıdakı yerə malik olmağa çağırır:

1. Məbəd (ayə  1-7)

O məbəddə İsanın bizə görə gətirilmiş qurban olmasını bildirir. Günah Allah üçün iyrənclik və onun üçün üfunət iyidir. (Yeşaya 3:24).

Əgər biz məhəbbətdə gəzsək, bizim həyatımız Allah üçün həqiqi qurban (Romalılara 12:1-2; Filipililərə 2:17), xoş ətir olacaq (Yəhya 12:1-8).

2. Tarla (ayə  8-14)

Bizə bəhrəni (ayə  8-14) göstərmək üçün Pavel tarlada gəzir və işıqda gəzənin ruhani bəhrə verdiyini yadımıza salır. (Qalatiyalılara 5:22-23).

Əgər biz işıqda gəzsək, qaranlıqla şərikliyimiz olmaz (2Korinfililərə 6:14-18).

 

Ardını oxu: Həvari Pavelin çağırışı

   

İbrahimin həyatında Allah

Yaradılış 12:8

Qurbangah qurmaq

Biz İbrahimin həyatına baxdıqda, onun Allahla çox yaxın (münasibəti) ünsiyyəti olduğunu görürük. İbrahim qurbangah düzəldir və Allahın Adını çağırır. Biz İbrahimin məsələn, saray tikdiyini oxumuruq. O öz həyatının sonunda Sara üçün mağar (qəbr) tikir. Lakin o hər vəziyyətdən istifadə edərək qurbangah  tikir (düzəldir) və İbrahim öz həyatındakı hadisələri Allahla bağlayır. Ibrahımin tikdiyi hər qurbangaha görə biz onun həyatının tərcümeyi-halının – planını tərtib edə bilərik.

İbrahim Allaha səcdə edirdi.Bu onun ən vacib məşğuliyyəti idi. Məsələn, o Ona nə vaxt səcdə edirdi:

  • o Misirdən qayıtdıqda (Yaradılış 13:2-4);
  • o Vəd olunmuş Torpağın ölçüsünü gördükdə (Yaradılış 13:14-18);
  • Allah ona görünüb və onun İbram adını İbrahimə dəyişdikdə (Yaradılış 17:3-5);
  • O Beer-Şevada Avimelexlə əhd bağladıqda (Yaradılış 21:33).


Qurbangahın tikilməsi asan iş deyildi. Bunun üçün daş və palçıq lazım idi. Lakin qurbangahın tikilməsinin ən çətin anı Moriya dağında baş vermişdi.Qurbangahın tikilməsi ola bilər ki, onun belini qırmadı, lakin ürəyini parçaladı. İbrahim bilirdi ki, qurbangahı öz oğlu üçün tikir. Allahın gözləri önündə İbrahim öz oğlunu təqdim edir. Quzu o yerdə təsadüfən görünmür.Quzunu Allah göndərir.

Ardını oxu: İbrahimin həyatında Allah

   

Minnətdar olmalı – xeyir-duadır

1. Minnətdarlıq  – ruhani həyatın ifadəsidir.

Luka müjdəsi 17:11-18

Bəs qalan doqquzu hanı?

2. Minnətdarlıq Allaha izzət gətirir.

Həvarilərin işləri 3:7-11  

Bizim minnətdarlığımız başqalarını ruhlandırır.

Ardını oxu: Minnətdar olmalı – xeyir-duadır

   

Müasir uşaqları necə istiqamətləndirmək lazımdır?

1. Onlara Allah haqqında eşitmək vacibdir.

Allah – xilasın mənbəyidir. Uşaqlara Allahın kimliyi və Onun işləri haqqında eşitmək lazımdır. Uşaqların Allah haqqında aydın təsəvvürləri olmasa, öz günahlarının məsuliyyətini heç vaxt başa düşməyəcəklər.

Ona görə də biz öyrədirik:

Allah səni yaradıb(Həv. Iş. 17:23-29): sən Onun qarşısında cavab verirsən.
Allah Bibliya vasitəsilə səninlə danışır(1Kor.3:4): sən Ona itaət etmək üçün məsuliyyət daşıyırsan.
Allah müqəddəs və ədalətlidir(Həv. Iş.17:31): O səni mühakimə etməlidir.
Allah xeyirxahdır və O səni sevir(Yəhya 3:16): O sənin xilasını mümkün edib.

Ardını oxu: Müasir uşaqları necə istiqamətləndirmək lazımdır?

   

Səhifə 2 > 13-dəan

<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).