Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Vaazın (təbliğin) planı

Xidmət etmək üçün xilasolmusan!

Kim Mənə xidmət edəcəksə, ardımca gəlsin; Mən harada oluramsa, xidmətkarım da orada olacaqdır; kim Mənə xidmət edərsə, Ata ona hörmət edəcəkdir. (Yəhya 12:26).

Xidmətçi Rəbbin ardınca gedir: Kim Mənə xidmət edəcəksə, Mənim ardımca gəlsin...

Rəbb İsa açıq deyir ki, xidmətçi Ağasının ardınca inadla gedir! Xidmətçinin heç vaxt ağasına onun nə etməli olduğunu deməyə haqqı yoxdur. Məsihin ardınca getmək Müqəddəs Ruhun iradəsi ilə getmək deməkdir; Onun hikməti ilə seçim etmək və Onun üçün yaşamaq, Onun bizdən istədiyini yerinə yetirmək!

Xidmətçi  Əhdi – Cədiddə yunan sözü dulos(qul, kölə) deməkdir.Bəzən o diakonos (diakon və ya xidmətçi) deməkdir. Bu düzdür ki, dulos və diakonos – sinonimlərdir. Hər iki söz insanın şəxsi ixtiyarı olmaması, səlahiyyəti öz ağası tərəfindən alınmış deməkdir. Biz Rəbbin ehtiyaclarını yerinə yetirmək üçün alınmışıq. 
Rəbb İsa Öz xidmətçisinə  hansı işi verib? O, onlara deyir ki, Ona xidmət etmək, öz iş yoldaşlarının(həmkarlarının) qulu olmaq lazımdır, nəyin bahasına olursa, hər şeyə hazır olmaq və bu nə qədər hörmətsiz olsa da, onlara kömək etməli.

 

Ardını oxu: Xidmət etmək üçün xilasolmusan!

   

Əgər Allah bizdə birinci yerdə deyilsə, biz nizamsızlıq yaradırıq

Yeremya 2:1-37
Yeremyanın kitabında üç müxtəlif hadisə yazılıb.

Birinci hadisə  Yeremya adlı cavan haqqındadır. Allah Yeremyanı çox çətin işi yerinə yetirmək üçün seçmişdir.

İkinci hadisə Allahın seçilmiş  xalqı İsrail ilə bağlıdır. Uzun illər allahsız rəhbərlik

etdikdən və bütlərə  səcdə qıldıqdan sonra Allah bunun kifayət etdiyini qərara aldı. O, Yeremyaya yəhudilərə Babilistana əsir aparılacaqları  pis xəbəri çatdırmağı tapşırdı.

Üçüncü hadisə Allahın Özü ilə bağlıdır. Ata sınmış ürəklə, Onun uşaqlarının necə itaətsizlik edərək Ondan daha da çox uzaqlaşdığına baxırdı.
Əgər Allah bizim həyatımızda birinci yerdə yerləşmirsə, onda biz çox çətin vəziyyətdə ola bilərik. Əgər Allah sənin həyatında birinci yerdə deyilsə, sən qarma-qarışıqlıq yaradırsan. 

Bu, Allahın seçilmiş  xalqı İsraillilərlə baş vermişdi. Onlar başqa xalqlarla və onların yalançı allahları ilə zarafatlaşmağa başladılar. Onlarda yəhudi imanından uzaq olan başqa xalqlarla qarışıq nigah yaranmışdı. Onlar vəziyyəti idarə edə biləcəklərini fikirləşirdilər, lakin o onları idarə etməyə başladı.

Xəbərdarlıq 1 – Sən Allahın standartlarını deyil, başqa şeyləri güdürsənsə, sən bədbəxtliyə aparan sürüşkən yoldasan.
Yeremya İsrailin krizisini kifayət qədər əsaslı surətdə göstərir.
“...Üstəlik hər uca təpənin üstündə, hər kölgəli ağacın altında yerə sərilib bütlərə səcdə edərək Mənə xəyanət etdin ” (Yeremya 2:20).

Ardını oxu: Əgər Allah bizdə birinci yerdə deyilsə, biz nizamsızlıq yaradırıq

   

   

   

   

Səhifə 4 > 13-dəan

<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).