Bu sayt sizin üçün xeyir-dualıdırmı?



Nəticələr

Xidmət etmək üçün xilasolmusan!

Kim Mənə xidmət edəcəksə, ardımca gəlsin; Mən harada oluramsa, xidmətkarım da orada olacaqdır; kim Mənə xidmət edərsə, Ata ona hörmət edəcəkdir. (Yəhya 12:26).

Xidmətçi Rəbbin ardınca gedir: Kim Mənə xidmət edəcəksə, Mənim ardımca gəlsin...

Rəbb İsa açıq deyir ki, xidmətçi Ağasının ardınca inadla gedir! Xidmətçinin heç vaxt ağasına onun nə etməli olduğunu deməyə haqqı yoxdur. Məsihin ardınca getmək Müqəddəs Ruhun iradəsi ilə getmək deməkdir; Onun hikməti ilə seçim etmək və Onun üçün yaşamaq, Onun bizdən istədiyini yerinə yetirmək!

Xidmətçi  Əhdi – Cədiddə yunan sözü dulos(qul, kölə) deməkdir.Bəzən o diakonos (diakon və ya xidmətçi) deməkdir. Bu düzdür ki, dulos və diakonos – sinonimlərdir. Hər iki söz insanın şəxsi ixtiyarı olmaması, səlahiyyəti öz ağası tərəfindən alınmış deməkdir. Biz Rəbbin ehtiyaclarını yerinə yetirmək üçün alınmışıq. 
Rəbb İsa Öz xidmətçisinə  hansı işi verib? O, onlara deyir ki, Ona xidmət etmək, öz iş yoldaşlarının(həmkarlarının) qulu olmaq lazımdır, nəyin bahasına olursa, hər şeyə hazır olmaq və bu nə qədər hörmətsiz olsa da, onlara kömək etməli.

 

İsa harada işləyirsə, xidmətçisi də oradadır... Mən harada oluramsa, xidmətkarım da orada olacaqdır.

Atam indiyədək işləməkdədir, Mən də işləyirəm. (Yəhya 5:17).

Çünki biz Allahın əsəriyik, Məsih İsada yaxşı əməllər üçün yaradıldıq. Bu əməlləri Allah qabaqcadan hazırladı ki, biz onlara görə hərəkət edək. (Efeslilərə 2:10).
Bizim dünyada da Allah işləyir! O, nə iş görür, biz də onu bacaracağıq və  işləyəcəyik. Xidmət etmək təkcə pastırlar və ya Allah Sözünü seminarda oxuyanlar üçün deyil.Əgər biz bu qruplardan gözləsək və ya asılı olsaq, nəticəsi çox məhdud olacaq.

Allah Öz xidmətkarına hörmət edir... Mənim Atam Mənə  xidmət edənə hörmət edəcək.

Biz Allaha heyranlıqla, maraqla və ruh yüksəkliyi ilə xidmət etdikdə, Allah bizə hörmət edir! Yerdə olan heç bir hörməti bununla müqayisə edə bilmərik! Kim Allaha xidmət edəcək, Allah ona hörmət edəcək!

Böyük skripkaçı Paqanini öz gözəl skripkasına Genue şəhərində şərt qoyub ki, heç  vaxt onda çalmayacaq. Ağac elə alətdir ki, fəal işləndikdə azca köhnəlir, əgər ondan ümumiyyətlə istifadə etmədikdə, o çürüməyə başlayır. Bu gün Paqanininin gözəl skripkasını qurdlar yeyir və o faydasız bir yadigardır. Məsihçinin təcili vaxtda xidmətdən etiraz etməsi onun səmərəli qabiliyyətini məhv edə bilər.

Xidmərkar Rəbbin ardınca gedir! Rəbb İsa harada işləyir, xidmətkar orada olur!Xidmətçiyə  Allahdan hörmət olacaq!

Q.Ceyms Sperdjen yazıb:

İş – bu sizin şəxsi seçiminizdir; xidmət etmək Məsihin çağırışının ardınca getməkdir. İşdə siz alırsınız, amma xidmət etdikdə siz verəcəksiniz. İşdə siz verirsiniz ki, əvəzində nəsə alasınız, lakin xidmət etdikdə sizə veriləni (ənamı) verirsiniz. İş sizin qabiliyyətinizdən asılıdır, lakin xidmət etmək sizin Allaha xidmət etmək hazırlığınızdan asılıdır. 

İşin yaxşı yerinə yetirilməsi sizə tərif gətirir, lakin xidməti yaxşı yerinə yetirdikdə Məsihə şərəf gətirir.

Bu xidmət bizim Rəbbimiz və Xilaskarımız İsa Məsihin izzətlənməsi üçündür!

Siz materialın bu səhifəsinin surətini çıxara və istifadə edə  bilərsiniz, ancaq bir şərtlə ki, bizim xidmətimizə görə  Ataya dua edəcəksiniz və tərkibini dəyişməyəcəksiniz. Biz də həmçinin sizin dinləyicilərinizə və oxucularınıza bu materialı haradan aldığınızı bildirməyinizi sizə təklif edirik: www.proword.eu - “Allahın Sözünü Elan Etmək!” xidmətinin səhifəsi internetdə (Bibliya Tədrisi üzrə BUM-un Beynəlxalq Xidməti).